23:15, 20 İyun 2019 (Cümə axşamı) 52

" Azərbaycanda insan hüquqları və əsas azadlıqların olması vacibdir" - ABŞ rəsmi nümayəndəsi



/ DÜNYA
ABŞ Azərbaycanda insan hüquqları və əsas azadlıqların müdafiəsini dəstəklədiyini deyir.

 Bu barədə "Turan.az" məlumat yayıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda Dövlət katibinin siyasi məsələlər üzə müavini Devid Heyl ilə görüşüb. 

Görüş zamanı onlar regional problemləri və imkanları müzakirə ediblər.

D.Heyl ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönələn işində gələcək zorakılığın qarşısının alınmasının və irəliləyişə nail olunmasının vacibliyini qeyd edib.

Katib müavini və xarici işlər naziri Birləşmiş Ştatlar ilə Azərbaycan arasında təhlükəsizlik, energetika və iqtisadi artım sahəsində əməkdaşlığı müzakirə edildiyi bildirilir.

Görüşdə Heyl siyasi sanksiyalar da daxil olmaqla, bəzi məsələlərlə bağlı administrasiyanın prioritetlərini qeyd edib.

Nazir müavini Birləşmiş Ştatların Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların müdafiəsini dəstəklədiyini bildirib.