12:21, 03 Oktyabr 2019 (Cümə axşamı) 537

16 yaşlı iqlim fəalı Nobel Sülh Mükafatına layiq görülə bilər

16 yaşlı iqlim fəalı Nobel Sülh Mükafatına layiq görülə bilər


/ DÜNYA
İqlim fəalı Qreta Tunberq gələn həftə Nobel Sülh Mükafatına layiq görülə bilər.

Bu barədə  "Frans Pres” agentliyi ekspertlərin bu məsələyə ehtiyatla yanaşdığını, bukmeykerlərin isə onun şansı sarıdan nikbin olduğunu yazır. 

Ladbrokes bukmeykeri 16 yaşlı fəalın Nobel Sülh Mükafatına layiq görüləcəyindən əmindir. Yeniyetmə bir il öncə cümə günləri məktəbə getməyərək təkbaşına "Gələcək üçün Cümələr” aksiyaları keçirməyə başladı. Sonradan o, milyonlarla adamın iqlim dəyişikliyinə etiraz olaraq küçələrə çıxmasına səbəb oldu.

Nobellə bağlı istənilən proqnoz ətrafında böyük qeyri-müəyyənlik mövcud olur, çünki Nobel Komitəsinin nəzərdən keçirdiyi namizədlərin siyahısı ictimaiyyətə açıqlanmır.

Bu il isveçli fəal Qreta Tunberq bukmeykerlərin favoritidir.

"O, son bir ildə qeyri-adi iş görüb. İqlim dəyişikliyi təhlükəsizlik və sülhə güclü şəkildə bağlı məsələdir”, – Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu olan SIPRI-nin direktoru Dan Smit deyib.