22:45, 19 Oktyabr 2019 (Şənbə) 2430

19 oktyabr mitinqi: Polislər jurnalistlərə qarşı - VİDEO

 
19 oktyabrda Milli Şura və AXCP Bakının mərkəzində mitinq keçirdib

Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan keçirildi. Mitinq öncəsi bəzi jurnalistlər saxlanılıb.

Onlar  Nəsimi rayon polis şöbəsinə aparılıb. 

Bundan sonra Mətbuat Şurası jurnalistlərlə bağlı kütləvi informasiya vasitələrinin təmsilçilərinə, o cümlədən hüquq-mühafizə orqanlarının nümayəndələrinə müraciət edib.

Müraciətdə bildirilib ki, Mətbuat Şurası icazəli və ya icazəsiz xarakter daşımasından asılı olmayaraq, bütün küçə aksiyalarında jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır. Müraciətdə bildirilib ki, Mətbuat Şurası icazəli və ya icazəsiz xarakter daşımasından asılı olmayaraq, bütün küçə aksiyalarında jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır. 

Mitinq zamanı polislər jurnalistlərin peşə fəaliyyətini icra etmələrinə əngəl törədib.

Hazırladı: Əbülfət Baxşəli