Siyasət

20 yanvarda saxlananların çoxu buraxılmayıb

21 Yanvar, 2019
1003
«Yanvarın 20-də Milli Şura sıralarında Şəhidlər xiyabanına ziyarətə gedən və «polislə insident» yaranması adı ilə saxlanan 20-yə yaxın şəxsdən 4 nəfər sərbəst buraxılıb».

Bunu Azadlıq Radiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Partiyadan verilən məlumata görə, qalan 15 nəfərə yaxın şəxs isə buraxılmayıb. Onların bəzilərinin AXCP üzvü, qalanlarının isə fəallar olduğu deyilir.

AXCP-dən bildiriblər ki, həmin şəxslərin müəyyən qisminin cərimə cəzası ilə azad olunacağını, qalanlarının isə inzibati qaydada həbs ediləcəklərini güman edirlər.

Baş verənlərə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti də münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Report-a deyib ki, yanvarın 19-da Milli Şuraya daxil olan qüvvələrin «Məhsul»stadionunda keçirdikləri mitinq başa çatdıqdan sonra iştirakçılar dağılışarkən bir qrup şəxs qarşıdurma yaratmağa cəhd göstərərək ictimai asayişi pozmağa çalışıb. Onun vurğulamasına görə, həmin vaxt orada təhlükəsizliyi təmin edən polis əməkdaşları cəhdin qarşısını alıb: «Bu gün (yanvarın 20-də) də bir qrup şəxs Şəhidlər xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar. Polisin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində qarşıdurma yaradan bir qrup şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Şəhidlər xiyabanında qarşıdurma yaradan şəxslər ötən gün asayişi pozmağa cəhd edən şəxslər olub. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır və araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüququ qiymət veriləcək».

Dünən, yanvarın 20-də Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 29-cu ildönümü qeyd edilib. Gün ərzində minlərlə insan- ölkə prezidenti, dövlət, hökumət üzvləri, müxalifət partiyaları, deputatlar, diplomatik korpusun nümayəndələri və sıravi vətəndaşlar Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlər xiyabanına gedən Mətbuat prospektində polis postları qurulmuşdu. İnsanlar xiyabana qrup-qrup buraxılırdılar. Polis bunu təhlükəsizlik tədbiri və xiyabanda sıxlığın yaranmaması kimi izah edirdi. Həmin vaxt Milli Şura üzvləri ilə polis arasında gərginlik yaşanmışdı. AXCP-dən bildirirlər ki, yol boş olsa da, polis onlara maneə yaradıb. Onların vurğulamasına görə, Milli Şuranın kolonun kütləvi görünməməsindən ötrü insanların AXCP sədri Əli Kərimlinin ardınca xiyabana getməsinə imkan verilməyib. Polis isə baş verənləri ictimai asayişi pozanların saxlanması kimi təqdim edir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 130-dan çox şəxs həlak olub, 744 nəfər yaralanıb. Üstəlik, 841 nəfərin həbs olunduğu bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo