ABŞ-ın Türkiyəyə qarşı atdığı birtərəfli addımlar sadəcə Vaşinqtonun maraqlarına zərbə vurur və Ankaranı yeni müttəfiqlər axtarmağa məcbur edir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "The New York Times” qəzetində dərc olunan məqaləsində yazıb.
Yazıda qeyd edilir ki, gec olmadan Vaşinqton səhv mülahizələrini bir kənara qoymalı və Türkiyənin alternativlərə sahib olduğunu qəbul etməlidir:
"Bu birtərəflilik və hörmətsizlik trendindən dönməzlərsə, yeni dostlar və tərəfdaşlar axtarmağa başlayacağıq".
Onun sözlərinə görə, son illər fikir ayrılıqları hər iki ölkənin münasibətlərinin möhkəmliyini sınağa çəkir, Türkiyənin bu tendensiyanı dəyişmək səyləri nəticəsiz qalır:
"Əgər ABŞ Türkiyənin suverenliyinə hörmətlə yanaşmasa və xalqımız qarşısında duran çağırışları anladığını isbat etməsə, bizim tərəfdaşlığımız təhlükə altına düşə bilər".Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər