15:05, 19 Sentyabr 2018 (Çərşənbə) 192

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Sentyabrın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Şimal küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında isə sentyabrın 20-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Gecə bəzi şərq rayonlarında yağışın leysana keçəcəyi ehtimalı var. Gecə 16-20, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təxmin edilir.