15:55, 12 Oktyabr 2018 (Cümə) 301

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Oktyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 13-15, gündüz 16-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında isə arabir yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi gözlənir. Gecə 11-16, gündüz 17-22, dağlarda gecə 4-9, gündüz 9-14 dərəcə isti təxmin edilir.