17:30, 02 Noyabr 2018 (Cümə) 123

Paşinyan Qarabağa gedib

Paşinyan Qarabağa gedib


/ DÜNYA
Ermənistan hökumətinin başçısı Nikol Paşinyan noyabrın 1-də Dağlıq Qarabağa gəlib. O, bazar ertəsinə qədər orada qalacaq. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Səfərin səbəbləri açıqlanmır.

Öz növbəsində Ermənistanın bəzi KİV-i güman edir ki, səfər "hamını hamıya" prinsipi üzrə əsirlərin dəyişdirilməsi ilə bağlı ola bilər.

Bundan öncə Azərbaycan tərəfi bildirmişdi ki, Ermənistan tərəfinə belə təklif edib, ancaq cavab almayıb.

Azərbaycanda üç nəfər Ermənistan vətəndaşı var: Arsen Bağdasaryan, Karen Kazaryan və Zaven Karapetyan.

Mühakimə olunan azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm ƏsgərovDağlıq Qarabağda saxlanılır. Bundan əlavə, mülki şəxs Elnur Hüseynzadə oradadır.

Ola bilsin ki, Paşinyan Qarabağda belə mübadilənin mümkünlüyünü müzakirə edir, Lragir nəşri yazır.