12:09, 13 Dekabr 2018 (Cümə axşamı) 610

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
Dünya birjalarında neft bahalaşır. 

AZƏRTAC-ın 13 dekabr məlumatına görə, London birjasında brent markalı neftin barreli 60,47 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 51,34 dollara qalxıb.

Azərbaycan neftinin barreli "AzəriLayt” 63,01 dollara satılır.

"AzəriLayt” 2018-ci ilə 69,89 dollarla start verib. Fevralda ilk qiymət 70,33 dollar, martda 66,61 dollar, apreldə 69,86 dollar, mayda 75,95 dollar, iyunda 79,46 dollar, iyulda 79,23 dollar, avqustda 75,75 dollar, sentyabrda 79,73 dollar, oktyabrda 85,94 dollar, noyabrda 77,23 dollar, dekabrda 61,13 dollar olub.

Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb.

Novator.az bildirir ki, bu ilin yanvar-noyabr aylarında ölkədə 8 milyon 720,3 min barrel neft hasil edilib.

Beynəlxalq razılaşmaya əsasən, 2019-cu il yanvarın 1-dən Azərbaycan neft hasilatını 20 min barrel azaldaraq 763 min barrel həcmində müəyyən edəcək.