15:28, 11 Yanvar 2019 (Cümə) 691

2019-cu il Azərbaycanda “Nəsimi İli” elan edildi

2019-cu il Azərbaycanda “Nəsimi İli” elan edildi
Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda Nəsimi ili elan edib.

Bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi tamam olur.

Azərbaycanda ilk dəfədir ki, il tarixi şəxsiyyətə həsr olunur.

Prezident sərəncamları ilə 2007-ci il gənclər ili, 2009-cu il uşaq ili, 2010-cu il ekologiya ili, 2011-ci il turizm ili, 2012-ci il idman ili, 2013-cü il informasiya-kommunikasiya texnologiyaları ili, 2014-cü il sənaye ili, 2015-ci il kənd təsərrüfatı ili, 2016-cı il multikulturalizm ili, 2017-ci il islam həmrəyliyi ili, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilmişdi.