16:20, 23 Avqust 2019 (Cümə) 65

2019-cu ildə qeydə alınan qaz itkisi qeydə alınan ən yüksək göstəricidir

2019-cu ildə qeydə alınan qaz itkisi qeydə alınan ən yüksək göstəricidir
2019-cu ildə qeydə alınan qaz itkisi indiyə qədər qeydə alınan ən yüksək göstəricidir

2019-cu ilin ilk 6 ayı ərzində Azərbaycanda 800,8 milyon kubmetr əmtəəlik təbii qaz itkiyə gedib.

Dövlər Statistika Komitəsinin açıqlamasında belə deyilir. Ötən ilin eyni dövrü ilə müqayisdə itkiyə gedən təbii qazın həcmi 63 faiz və ya 309,4 milyon kubmetr artıb. Keçən ilin ilk yarısında bu rəqəm 491,4 milyon kubmetr olub.

Neft-qaz sahəsi üzrə ekspert İlham Şaban deyir ki, rəqəmlər var, ancaq itkinin artma səbəbləri göstərilməyib, açıqlanmır:

"Mən Sovet İttifaqının ən qocaman qaz ölkəsi olan Ukraynanın qaz sistemi və itkiləri ilə bağlı bir cədvələ baxdım. Ölkə 50-33 mlrd kubmetr qaz istehlak etdiyi zaman itkiləri demək olar ki, 1 mlrd kubmetr ətrafındadır. Yəni Azərbaycandakı qədər”.
 
 

Ekspert deyir ki, onların qaz kəmərlərinin ümumi uzunluğu 409 min kilometrdir.

2019-cu ildə qeydə alınan qaz itkisi indiyə qədər qeydə alınan ən yüksək göstəricidir. Əmtəəlik təbii qaz itkisi 2017-ci ilin ilk 6 ayında 531 milyon kubmetr, 2016-cı ilin ilk 6 ayında isə 476,6 milyon kubmetr olub.