13:38, 04 Yanvar 2019 (Cümə) 301

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Yanvarın 5-də Bakı və Abşeron yarımadasında bir elə yağıntı gözlənilmir. Səhər saatlarında duman olacağı, arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında onun şimal-qərb küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-7, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacağı gözlənir. Qərb küləyinin əsəcəyi, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimalı var. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təxmin edilir.