11:15, 21 Fevral 2019 (Cümə axşamı) 304

İctimai iaşə dövriyyəsi artıb

İctimai iaşə dövriyyəsi artıb
2019-cu ilin yanvarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin ilk ayı ilə müqayisədə real ifadədə 3,6 faiz artaraq 102 milyon manat olub. 

Dövlət Statistika Komitəsinin hesabatına görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,8 faizi bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Digər bir rəsmi açıqlamada yanvarda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərinin 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz artaraq 768,7 milyon manata çatdığı bildirilir. 

Qeyd olunur ki, yanvar ayında hər bir ölkə sakini orta hesabla 77,9 manatlıq ödənişli xidmətlərdən istifadə edib.