13:06, 27 Fevral 2019 (Çərşənbə) 389

Günün valyuta məzənnələri

Günün valyuta məzənnələri
Fevralın 27-də ABŞ dollarının rəsmi məzənnəsi 1,7 manat həddində saxlanıb. 

Bu kurs 2018-ci il martın 7-dən qüvvədədir.

Avro (1,9339 manat) və Türkiyə lirəsi (0,3203 manat) bahalaşıb.

Mərkəzi Bank dəyər itirən Gürcüstan larisini 0,6323, Rusiya rublunu 0,0259 manata satır.

Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla start verib.

Dövlət Neft Fondu manatın kursunu qorumaq üçün Mərkəzi Bankın bu ilin yanvar ayında keçirdiyi valyuta hərraclarında 634,9 milyon dollar məbləğində valyuta sərf edib.