15:45, 14 Mart 2019 (Cümə axşamı) 326

Bakıda yağış gözlənir

Bakıda yağış gözlənir
Martın 15-də Bakı və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayimləşəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təxmin edilir.