16:30, 11 Aprel 2019 (Cümə axşamı) 92

Sabaha olan hava məlumatı

Sabaha olan hava məlumatı
Aprelin 12-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Şimal küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 9-12, gündüz 14-18, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da yağıntı gözlənilmir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda lokal yağıntı yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə 9-14, gündüz 19-24, dağlarda gecə 4-7, gündüz 9-14 dərəcə isti təxmin edilir.