17:34, 15 Aprel 2019 (Bazar ertəsi) 265

Taksidə siqaret çəkənlər cərimələnəcək

Taksidə siqaret çəkənlər cərimələnəcək
Prezident İlham Əliyev "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərman taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsini müəyyən edir.

Fərmana əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək.

Qeyd edək ki, bu cərimənin məbləği 40 manatdan 50 manatadəkdir.