17:20, 03 İyun 2019 (Bazar ertəsi) 23

Suraxanı rayonunda su kəsiləcək

Suraxanı rayonunda su kəsiləcək
Magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar iyunun 3-də Bakının Suraxanı rayonunun Qaraçuxur və Zığ qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.