18:09, 19 İyun 2019 (Çərşənbə) 119

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsi bu barədə statistika açıqlayıb.

Açıqlamaya görə ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 24 692 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il may ayının 1-i vəziyyətinə 10 006 149 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.