22:00, 28 İyun 2019 (Cümə) 185

Tbilisidə növbəti etiraz aksiyası başlayıb

Tbilisidə növbəti etiraz aksiyası başlayıb


/ DÜNYA
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası başlayıb.

Bu haqda məlumatı "Report” yayıb.

Yağış və külək olmasına baxmayaraq, aksiya təxirə salınmayıb.

Artıq doqquz gündür davam edən aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Aksiyaya bölgələrdən çox sayda gənclər qatılıb. Aksiyaçılar tələbin dəyişməyəcəyini deyirlər.

Bir neçə etirazçı parlamentin binası qarşısında çadırda bir neçə gündür ki aclıq aksiyası keçirir.