11:18, 24 İyul 2019 (Çərşənbə) 72

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,09 ABŞ dolları, yəni 0,14% azalıb.

Bu barədə "Report.az" məlumat yayıb.

Məlumata görə, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,25 dollar təşkil edib.

"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.