11:20, 13 Avqust 2019 (Çərşənbə axşamı) 123

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,03 ABŞ dolları və yaxud 0,05% artıb.

"Report" xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,31 dollar təşkil edib.

 "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.