15:32, 26 Sentyabr 2019 (Cümə axşamı) 89

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub


/ DÜNYA
İstanbulda güclü zəlzələ baş verib.

"Hurriyet”-in verdiyi məlumata görə, yeraltı təkanlar 5,8 bal gücündə olub. Məlumata görə, zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Yeraltı təkanlardan vahimələnən sakinlər küçələrə çıxıb. Eyni zamanda məktəblər, xəstəxanalar və ticarət mərkəzləri təxliyyə edilib. Rabitə xətlərində problem yaranıb. Bu səbəbdən zəlzələdən sonra vətəndaşlar yaxınları ilə əlaqə saxlamaqda çətinlik çəkib.

Ərdoğan zəlzələ ilə bağlı  bildirib ki, indiyə kimi 28 yeraltı təkan qeydə alınıb. Prezidentin sözlərinə görə, təkanların sayı arta bilər.

Ərdoğan qeyd edib ki, zəlzələ nəticəsində 8 nəfər yüngül xəsarət alıb.

Sonuncu dəfə sentyabrın 24-də İstanbulda daha bir güclü zəlzələ olmuşdu, yeraltı təkanlar 4,7 bal gücündə qeydə alınmışdı.

Türkiyə Prezidenti vətəndaşlara müraciət edərək, onları əsası olmayan xəbərlərə inanmamağa çağırıb.