14:03, 14 Oktyabr 2019 (Bazar ertəsi) 597

İran-Azərbaycan sərhədini pozan şəxs saxlanılıb

İran-Azərbaycan sərhədini pozan şəxs saxlanılıb
İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxs dövlət sərhədini pozub.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Məlumata görə, hadisə 12 oktyabr 13:20-də baş verib.

Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı zastavasının xidməti ərazisində 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə olunub.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb. Ərazidə axtarış tədbirləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənmiş 1 nəfər sərhəd pozucusu saxlanılıb.

Məlumata görə, sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqavimət göstərərək üzərində olan soyuq silahla hücum edib.

Hərbi qulluqçuya dərhal tibbi yardım göstərildiyi və vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram marixuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.

Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilib. Tərtər rayonunun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olunub.

Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. 

Zərifə Novruz