13:00, 16 Noyabr 2019 (Şənbə) 38

Sabah Azərbaycanda hava necə olacaq?

Sabah Azərbaycanda hava necə olacaq?
Noyabrın 17-nə gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-14° isti,

Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz, lakin gecə və axşam Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.