18:06, 13 Dekabr 2019 (Cümə) 57

ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb

ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb


/ DÜNYA
ABŞ-ın Ankaradakı səfiri Devid Satterfild Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə TASS informasiya xəbər verib.

Qeyd olunur ki, amerikalı diplomatın çağırışı ABŞ Senatının "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamə ilə bağlıdır.

Daha əvvəl Türkiyə XİN ABŞ Senatının bu qərarının Ankara-Vaşinqton münasibətlərinin inkişafı üzrə səyləri sarsıtmaq məqsədi daşıdığını bildirib.