17:02, 25 Noyabr 2019 (Bazar ertəsi) 117

2020-ci il üçün yaşayış minimumu 190 manat olacaq

2020-ci il üçün yaşayış minimumu 190 manat olacaq
Azərbaycanda yaşayış minimumu məbləği təsdiq olundu.
 
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Trend İnformasiya Agentliyi bu haqda məlumat yayıb.

Məlumata görə, qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

Müzakirələrdən sonra yaşayış minimumunun məbləği ikinci oxunuşda təsdiq olunub.

Qanun 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.