12:50, 12 Fevral 2020 (Çərşənbə) 33

Sabah Azərbaycanda hava necə olacaq?

Sabah Azərbaycanda hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında fevralın 13-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz  7-11, Bakıda  gecə 0-2,  gündüz  9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 13-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz  9-14 dərəcə isti,  dağlarda gecə 7-12, gündüz  0-5 dərəcə şaxta  olacaq.  

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.