Siyasət

Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi

20 Fevral, 2020
665
Avropa İnsan Haqları Məhkəməsi(AİHM) Azərbaycanı cərimələyib.

Bu barədə məlumatı media hüquqi üzrə ekspert Xalid Ağalıyev öz feysbuk hesabında yayıb.

Avropa Məhkəməsi fevralın 20-də Azərbaycandan göndərilən bir neçə şikayət üzrə qərarlarını açıqlayıb.

AİHM "Qurbanov və Paşayeva Azərbaycana qarşı” adlı işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Buna görə hökumət 8200 avro təzminat ödəyəcək.
Məhkəmə qərarlarının bir neçəsi "Yahova Şahidləri” dini icması və onun üzvlərinin şikayətləri üzrə çıxarılıb. 

"Famil Nəsirov, Əminə Məmmədova, Gülnaz Həsənova, Salatın İskəndərova, Şəfiqə Məmmədova, Rəhimə Hüseynova və Aygül Nəsirova Azərbaycana qarşı” işdə azadlıq və toxunulmazlıq, din azadlığı hüquqlarının pozuntusu tanınıb. 

Hökumət bu iş üzrə ümumilikdə 21 min 199 avro təzminat ödəyəcək. 

Bu işdəki ərizəçilər "Yahova Şahidləri” icmasının üzvləridir və icmalarını təşviq edərkən saxlanılıb, inzibati qaydada cərimə olunublar.

Daha bir qərar "Yahova Şahidləri” icmasının şikayəti üzrə elan edilib.

AİHM ifadə azadlığı hüququnun pozuntusunu da tanıyıb.

Hökumət icmaya 3042 avro təzminat ödəməlidir. Bu işdə icma ölkəyə dini kitablar gətirmək istəsələr də, Dini İşlər üzrə Dövlət Komitəsi izn verməyib.

Məhkəmənin daha bir qərarı isə Aqil Cəfərzadənin şikayəti ilə bağlıdır. Ərizəçinin intihar olayının araşdırılması kontekstində polisə aparılması, orda saxlanılması və işgəncə görməsi, məhkəmələrin isə bunu ədalətli araşdırmaması ilə bağlı idi.

AİHM qərar verib ki, ədalətli məhkəmə araşdırması hüququ pozulub, hökumət 3200 avro təzminat ödəməlidir.

Elmar Əziz
 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo