10:30, 19 Mart 2020 (Cümə axşamı) 126

Koronavirusun aşkarlandığı ölkələrin sayı artır

Koronavirusun aşkarlandığı ölkələrin sayı artır
Okeaniya ölkəsi Ficidə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

"Report"un məlumatına görə, bunu ada dövlətin səhiyyə naziri İfereymi Vakaynabete deyib.

Nazirin sözlərinə görə, yoluxan şəxs ABŞ-dan qayıtmış "Fiji Airways”in stüardıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 219 345-ə çatıb. Bunların 85 745 nəfəri sağalıb, 8 869 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.