14:03, 24 Mart 2020 (Çərşənbə axşamı) 133

İranda koronavirusdan ölənlərin sayı artıb

İranda koronavirusdan ölənlərin sayı artıb
İranda indiyədək koronavirusdan 1934 nəfər ölüb.

APA-nın xəbərinə görə bu barədə İran Səhiyyə Nazirliyindən bildirilib.

O qeyd edib ki, ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 24 811 nəfərdir.

Son 24 saat ərzində 122 ölüm halı, 1762 yeni yoluxma faktı qeydə alınıb.

Bu günədək 8913 nəfər sağalıb.