10:29, 25 Mart 2020 (Çərşənbə) 109

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Gürcüstanda koronavirus yoluxma hallarının sayı 73-ə çatıb.

"Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Koronavirusa yoluxanların 9-u tam sağalıb.

Hazırda karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.