10:42, 02 Aprel 2020 (Cümə axşamı) 161

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 130-a yüksəlib.

"Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Koronavirusa yoluxanların 23-ü sağalıb. Karantində 5 437, stasionar nəzarətdə isə 260 nəfər saxlanılır.

Hazırda ölkədə 107 aktiv koronavirus xəstəsi var.