13:39, 09 May 2020 (Şənbə) 197

İspaniyada koronavirusdan ölənlərin sayı artıb

İspaniyada koronavirusdan ölənlərin sayı artıb
İspaniyada ötən sutka ərzində daha 179 nəfər koronavirusdan ölüb.

"Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 26 478-ə çatıb.

Sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı daha 721 nəfər artıb. Bununla da virus daşyıcılarının sayı 222 857 nəfərdən 223 578-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 276 mindən çoxu isə ölüb.