10:43, 12 May 2020 (Çərşənbə axşamı) 143

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 1 nəfər artaraq 639-a çatıb.

"Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasından 349 nəfər sağalıb, 11 nəfər isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 4 769, stasionar nəzarətdə isə 414 nəfər saxlanılır.