14:07, 12 May 2020 (Çərşənbə axşamı) 131

İspaniyada koronavirusdan ölənlərin sayı artıb

İspaniyada koronavirusdan ölənlərin sayı artıb
İspaniyada ötən sutka ərzində daha 176 nəfər koronavirusdan ölüb.

"Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 26 920-yə çatıb.

Ölkədə koronavirusa yoluxanların sayı 228 030-a yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.