10:32, 13 May 2020 (Çərşənbə) 136

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb.

"Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 647-yə çatıb. Onların 372-si müalicə olunaraq sağalıb, 11-i isə dünyasını dəyişib.

Hazırda karantində 4 373, həkim nəzarətində isə 386 nəfər saxlanılır.