13:24, 14 May 2020 (Cümə axşamı) 133

İspaniyada pandemiya qurbanlarının sayı artıb

İspaniyada pandemiya qurbanlarının sayı artıb
İspaniyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 217 nəfər vəfat edib.

APA-nın "El Pais”ə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İspaniyada koronavirusdan ölənlərin sayı 27 321 nəfərə çatıb.

İspaniyada son sutka ərzində 506 yeni yoluxma faktı qeydə alınıb və indiyədək infeksiyaya yoluxanların sayı 229 540 nəfərə yüksəlib.

Xəstəlikdən ümumilikdə 143 374 nəfər sağalıb.