10:51, 19 May 2020 (Çərşənbə axşamı) 146

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Gürcüstanda koronavirusa 1 yeni yoluxma halı təsdiqlənib.

"Report” verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 702-yə çatıb. Onların 456-sı müalicə olunaraq sağalıb, 12-si isə vəfat edib.

Karantində 3 787, stasionar nəzarətdə isə 337 nəfər saxlanılır.

Koronavirusdan test olunan şəxslərin sayı isə 40 711 nəfər təşkil edir.