11:30, 22 May 2020 (Cümə) 112

Ermənistanda koronavirusdan ölənlərin sayı artıb

Ermənistanda koronavirusdan ölənlərin sayı artıb
Ermənistanda daha 322 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər ölüb.

"Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 928-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 74-ə çatıb.

Bildirilib ki, indiyədək 2 874 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 952 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.