10:28, 19 Noyabr 2020 (Cümə axşamı) 147

Xocalı qətliamında iştirak edən erməni general ölüb

Xocalı qətliamında iştirak edən erməni general ölüb
Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan general-leytenantı Manvel Qriqoryan ölüb. Onun uzun müddət əziyyət çəkdiyi xəstəlikdən öldüyü bildirilir ("Sputnik Armeniya", 19 noyabr).

Manvel Qriqoryan II Qarabağ müharibəsi vaxtı kömək üçün Dağlıq Qarabağa gəlib. Amma səhhəti ağırlaşdığına görə, oktyabrın 20-si Ermənistana aparılıb. 

1956-cı ildə Eçmiədzinin Arşaluys kəndində doğulan Manvel Qriqoryan  I Qarabağ müharibəsinin fəal iştirakçılarındandır. Qriqoryan Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri olub. Onun hərbi dəstəsi Dağlıq Qarabağda və Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı xüsusi qəddarlığıyla seçilib.  Qriqoryan Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib.