Gürcüstanda ötən sutkada daha 551 nəfər koronavirusa yoluxub, 880 nəfər sağalaraq evə buraxılıb, 23 pasiyent isə vəfat edib.
Bu barədə yanvarın 11-də Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.
Ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 239 780 yoluxma halı təsdiqlənib. Yoluxan şəxslərin 226 215-i sağalıb, 2 796-sı isə ölüb. Aktiv koronavirus xəstələrinin sayı 10 743 təşkil edir.
Ermənistanda isə daha 157 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə məlumatı yanvarın 11-də ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların sayı 162 288 olub.
Məlumata görə, Ermənistanda pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 2 931-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 700-ə yüksəlib. İndiyədək 149 873 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 8 782 aktiv koronavirus xəstəsi var.
XƏBƏRLƏR