Sosial

3 ildir evsiz qalan şəxslər “Sipark İnşaat”dan şikayətçidirlər

8 Yanvar, 2021
745
FOTO:teref.az

Bakının Nərimanov rayonunun bir qrup sakini "Evrostroy-S.S” Məhdud Məsuliyyətli Cəmiyyətdən (hazırda  "Sipark İnşaat”) şikayətçidir. 

Onlar birinci dəfə deyil mətbuata və rəsmi qurumlara üz tuturlar. Sakinlər Prezident Administrasiyasına, müxtəlif nazirliklərə yazaraq tikinti şirkətinin onların mənzillərini tikib başa çatdırmadığını bildirirlər. Dediklərinə görə, hələlik onlara cavab  verən olmayıb.
"Biz 2017-ci ilin oktyabrında "Evrostroy-S.S” MMC ilə müqavilə əsasında yaşadığımız ərazidən 20 aylığına kirayə evlərə köçürüldük. Amma şirkət ancaq özünə məlum olan səbəblərdən 20 ay müddətində tikintini yekunlaşdıra bilmədi və bizə yeni müqavilə imzalatdı”. 
Sakinlərin söylədiyinə görə, həmin ərazinin yaxınlığında yerləşən digər pilot layihələrdə tikinti sürətlə davam edir və çox güman, ilin sonuna qədər bir neçəsi təhvil veriləcək. 

"Bir neçə qonşum mənəvi və psixoloji sarsıntılara tab gətirməyib vəfat etdi. Keçən ilin oktyabr ayında evsiz qalmağımızın 3 ili tamam oldu. Nərimanov rayonu İcra Hakimiyyətinə çoxsaylı şikayətlərimiz cavabsız qalıb. Həm İcra Hakimiyyəti, həm də şəxsən icra başçısı Abidin Fərzəliyev bizim binamızın vaxtında tikilib təhvil verilməməsində birbaşa məsuliyyət daşıyır".

Sakinlər kirayə pullarının verilməsində də ciddi problemlər yarandığını bildirirlər. 

Şikayəti Həcər Mircəfərova, Nuriyyə Həsənova, Nüsrət Şirinov başda olmaqla, 30 nəfər imzalayıb. 

"Toplum TV" şikayətə münasibət öyrənmək üçün "Sipark İnşaat” şirkətiylə əlaqə saxlayıb. Şirkətin sözcüsü İradə Nurəddinqızı sakinlərin dediklərini təsdiqləyib və yubanmanın müəyyən səbəblərlə bağlı olduğunu deyib:
"O ərazidə həddindən çox qurunt suları vardı. Tikinti başalayanda bunu sakinlər özləri də görmüşdülər. O suların təmizlənməsi, demək olar ki, 1 il çəkdi. Buna sakinlər özləri də dəfələrlə şahid olublar".

İ.Nurəddinqızının sözlərinə görə, sonrakı dövrdə pandemiya və İkinci Qarabağ müharibəsi ləngimələrə səbəb olub. O, 2021-ci ilin sonuna kimi tikintinin başa çatacağını və mənzillərin təmirli şəkildə sakinlərə təhvil veriləcəyini bildirib.

Şikayətdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısının adı da hallanır. "Toplum TV”-nin əməkdaşı icra hakimiyyətinə zəng vursa da, basçı ilə danışa bilməyib, hər dəfə onu müxtəlif şöbələrə yönləndirsələr də, suallara konkret cavab verən olmayıb. 

Məsələnin hüquqi tərəfinə münasibət bildirən hüquqşünas Zibeydə Zəkəriyyəyeva  qeyd edir ki, sakinlər ilk olaraq bağlanmış müqaviləyə baxmalıdırlar. Yerləşdirilmə gecikərsə, onlar məhkəməyə müraciət edib kompensasiya tələb edə bilərlər.

 Zibeydə Zəkəriyyəyeva

"Əgər fövqəladə hal baş veribsə, məsələn, qurunt suları, pandemiya və s. müqavilədə mütləq fors-major kimi qeyd edilməli idi. Müqaviləyə baxmaq lazımdır. Yenə də sakinlərin hüququ var ki, məhkəməyə müraciət etsinlər".

Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov hələ 3 il öncə bildirmişdi ki, quruma ən çox şikayət daxil olan tikinti şirkətlərindən biri "Evrostroy-S.S”  MMC-dir. O, adını sadaladığı 40-dək tikinti şirkəti arasından birinci "Evrostroy-S.S”-in adını çəkmişdi, bildirmişdi ki, "...tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin bu günlərdə imzaladığı "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu və qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli Fərmanı ciddi rol oynayacaq".  
Artıq 2021-ci ildir, amma hələ də vəziyyət dəyişmir.  

Aytən Zamanova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo