17:35, 13 Fevral 2020 (Cümə axşamı) 91

33 saylı dairənin nəticələri ləğv olundu

33 saylı dairənin nəticələri ləğv olundu
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.

"Report” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib: "Ümumilikdə məntqələrin sayı isə 40-dır”.

İclasda həmin dairənin 21 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.