22:45, 07 Avqust 2019 (Çərşənbə) 49

40 kq bal, 768 "Red Bull", 82 “Corona Extra” gətirən şəxs saxlanılıb

40 kq bal, 768
Azərbaycana qanunsuz yolla gətirilən bal, spirtli və enerji  içkilərinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömruk Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Qurumdan bildirilib ki, Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz O 403 SHD” markalı avtomobil saxlanılıb və onunla şifahı səkildə sorgu-sual olunub. 

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. 

Gömrük yoxlaması zamanı isə avtomobilin ön hissəsində yerləşən ehtiyat təkərin içərisində, sağ arxa təkərin üzərində yerləşən gizli saxlanılan və yük yerində  gizlədilən 40 kiloqram bal, 768 ədəd 250 qramlıq "Red Bull” markalı enerji içkiləri, 82 ədəd 330 qramlıq "Corona Extra” markalı spirtli içki aşkarlanıb.

Şəmsiyyə İbişova