Siyasət

"47 aqropark yaradılıb, hamısı da məmurlara məxsusdur"

23 May, 2019
576
Prezident İlham ƏIiyev mayın 21-də "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi  yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərman imzalayıb.
 
 

Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamalı, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, həmçinin fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Toplum.Tv-yə deyib ki, belə qrumların yaradılması kənd təsərrüfatına heç bir fayda verməyəcək: "Prezidentin sərəncamı ilə çoxlu qurumlar yaradılıb. Əvvəllər rayonlarda kənd təsərrüfatı idarələri var idi. Sonra isə bu qurumu Aqrar İnkişaf Mərkəzi etdilər. Burada əvvəl 99 nəfər işləyirdi, sonra isə bu sayı artırıb 750 çatdırdılar. Amma idarələrin yaradılması mahiyyətcə heç nəyi dəyişmədi. Yenə də kənd təsərrüfatda istehsal azdır. Hazırda kənd təsərrüfatı sahəsində kifayət qədər lazımsız ştat var. Bu ştatların kənd təsərrüfatına heç bir adiyyatı yoxdur. Hər rayonda lazım olduğundan artıq işçi qəbul ediblər. Amma onların heç kənd təsərrüfatından anlayışları yoxdur. Məsələn, sürücü, xadimə , katibə, kadrlar üzrə mütəxəsis və s. saymaqla qurtarmaq olmaz. Hazırda kənd təsərrüfatında mütəxəsisə ehtiyac olan bir vaxtda belə qrumların yaradılması, ştatların artırılması ziyandan başqa heç bir faydası yoxdur. İndi daha çox aqronomlara, topraqşünaslara, zootexniklərə, baytarlar ehtiyac var. Bunlardan başqa heç bir ştata ehtiyac yoxdur. Ona görə ki Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı azdır. Yeni qurumların yaradılması dövlət büdcəsindən əlavə vəsait tələb edəcək və kənd təsərrüfatına heç bir fayda verməyəcək".

"Ola bilsin ki, bu qrumlar  dövlət məmurlarının biznesini idarə edəcək. Ölkədə qırx yeddi aqropark yaradılıb və bunların da hamısı yüksək vəzifəli dövlət məmurlarına məxsusdur. Onların idarə edilməsi ola bilsin ki, indi dövlət büdcəsi hesabına həyata keçiriləcək. Yaradılan qurumlar isə dolayısı ilə həmin məmurlarının biznesini idarə etmək və ya yardım etməklə məşğul olacaqlar ”, - deyə ekspert qeyd edir.

Lalə Tağızadə

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo