22:02, 28 Sentyabr 2019 (Şənbə) 922

5 hərbçi yol qəzasında öldü

5 hərbçi yol qəzasında öldü
Polis və məhkəmə tibb ekspertləri hadisə yerində müayinələr aparsa da, səbəblər haqda məlumat verilmir

Sentyabrın 28-də Göygöl rayonunun Quşqara kəndi yaxınlığında ağır yol qəzası baş verib. "VAZ 2107" markalı avtomobillə "Mercedes" markalı yük maşınının toqquşması nəticəsində 5 hərbçi ölüb.

Məlumatı APA yayıb.

Bildirilib ki, ölən hərbçilər 1984-1996-cı il təvəllüdlüdürlər.

Avtoqəza nəticəsində həlak olanlar:

Zamiq Mahmudov

Tural Rəhimov

Bayram İbrahimzadə

Oruc Hüseynov

Qüdrət Atakişiyev

Polis və məhkəmə tibb ekspertləri hadisə yerində müayinələr aparsa da, səbəblər haqda məlumat verilmir.