13:20, 03 Yanvar 2019 (Cümə axşamı) 428

5 nəfər pirotexniki vasitələrdən xəsarət alıb

5 nəfər pirotexniki vasitələrdən xəsarət alıb
Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 4 min 754 nəfər müraciət edib.

Səhiyyə Nazirliyindən "Report”a bildirilib ki, dekabrın 31-də stansiyaya ümumilikdə 2356 nəfər, yanvarın 1-də isə 2398 nəfər müraciət edib.

Onlardan 5 nəfəri fişəng və pirotexniki vasitələrdən ziyan çəkənlər olub:

"Onlardan 2-si yanıq, 3-ü əlin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Bundan başqa, həmin müddətdə 3 nəfər qidadan zəhərlənib. Müraciət edənlərin 647 nəfəri uşaq olub”.