16:23, 17 Oktyabr 2020 (Şənbə) 50

528 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

528 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
Oktyabrın 17-də Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 528 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb.

Məlumata əsasən 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Bu günə qədər ölkədə 44 min 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 903 nəfər müalicə olunaraq sağalıb, 623 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 791 nəfərdir.
 
Ötən müddət ərzində 1 milyon 218 min 935 test aparılıb. Bugünkü test sayı isə 9 133-dür.