18:57, 14 Oktyabr 2020 (Çərşənbə) 71

6 şəhər və 4 rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır

6 şəhər və 4 rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
Oktyabr ayının 31-nə qədər şənbə və bazar günləri 6 şəhər və 4 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin qərarına əsasən, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında:
- 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək;
- 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək;
- 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.  

2020-ci ilin martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.